Azərbaycanda poçt və kuryer fəaliyyəti ilə məşğul olanların sayı azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin 2022-ci ilin yanvar-iyun aylarını əhatə edən hesabatına əsasən, ölkədə 6338 nəfər poçt və kuryer fəaliyyət ilə məşğul olur. Ötən ilin yanvar-iyun aylarında isə bu sahədə çalışanların sayı 6 778 nəfər təşkil edirdi. Bu göstəricilər cari ilin birinci yarımilində poçt və kuryer fəaliyyəti ilə məşğul olan işçilərin sayında illik 440 nəfər və ya 6.5% azalma olduğunu deməyə əsas verir.
Komitənin hesabatına əsasən, ilk yarımildə bu sahədə çalışanlar 434 manat orta aylıq əməkhaqqı alıblar. Komitədən bildirilir ki, əməkhaqqı məbləğində illik 13.2% artım var. Belə ki, ötən ilin eyni dövründə poçt və kuryer fəaliyyət ilə məşğul olanlar 383.5 manat orta aylıq əməkhaqqı alıblar.