Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3.5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə cərimələr artırılır.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3.5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə iyirmi manat məbləğində cərimə ediləcək.
Hazırda bu cərimənin məbləği 10 manatdır.