Küveyt 2020-ci ilədək neft sektorunun inkişafına 115 mlrd. dollar yatıracaq.
APA xəbər verir ki, bu barədə neft naziri vəzifəsini müvəqqəti icra edən Vəfa əz-Zaabi deyib.
Onun sözlərinə görə, yalnız 99 mlrd. dollar ölkə daxilindəki layihələrə yönələcək.
“İnvestisiyaların 63%-i geoloji kəşfiyyat işlərinə, qalan 37% isə neft emalı və neft-kimya sənayesinə yatırılacaq”, – deyə o qeyd edib.