13 C
Baku
Sunday, September 29, 2024

Küveyt “Saudi Aramco”un 1 milyard dollarlıq səhmini alacaq

Səudiyyə Ərəbistanının milli neft şirkəti – “Saudi Aramco”un səhmlərinin kütləvi tədavülünə (IPO) dəstəklə bağlı rəsmi Ər-Riyadın bölgədəki müttəfiqlərinə etdiyi müraciətə Küveyt müsbət cavab verib.

Bu ölkə 1 milyard dollarlıq səhm almaq niyyətindədir.

Məlumata görə, Küveytin investisiya təşkilatı bu addımı doğru hesab etməsə də, hökumət sözügedən investisiyanın strateji maraqlara uyğun olduğunu bildirib. Bundan sonra Birləşmiş Ərəb Əmirlikləri də “Saudi Aramco”nun səhmlərinə 1,5 milyard dollar pul qoyacağını açıqlayıb.

Xatırladaq ki, dünyanın ən böyük şirkətlərindən biri səhmlərinin 20%-ni satmaqla 25 milıyard dollar gəlir əldə etməyi planlaşdırır.

©Report

Son xəbərlər
Digər xəbərlər