“Kuwait Airways” İraqa uçuşları bərpa edir

“Kuwait Airways” İraqın Nəcəf şəhərinə uçuşları bərpa edib.

Bu barədə Küveytin “KUNA” dövlət agentliyi məlumat yayıb.

Uçuşlar həftədə iki dəfə – şənbə və çərşənbə günləri yerinə yetiriləcək.

Xatırladaq ki, uçuşlar Bağdad beynəlxalq hava limanına raket hücumu səbəbindən yanvarın 28-dən etibarən dayandırılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər