9 C
Baku
Bazar, Oktyabr 24, 2021

KXDR lideri ABŞ-ın dialoq təklifini rədd edib

Şimali Koreya lideri Kim Çen İn ABŞ-ın dialoq təklifini rədd edib.

Banker.az xəbər verir ki, “ABŞ ölkələr arasında diplomatik münasibətlərin qurulmasına çağırır, lakin bu, beynəlxalq ictimaiyyət qarşısında düşmən hərəkətlərini gizlətməyə, ört-basdır etməyə imkan verən fasaddan başqa bir şey deyil”, – deyə Kim Çen İn söyləyib.

KXDR liderinin sözlərinə görə, dialoq təklifi ABŞ-ın əvvəlki administrasiyalarının apardığı düşmənçilik siyasətinin davamıdır.

“ABŞ-ın yeni administrasiyasının hakimiyyətə gəlişindən bu yana bizə qarşı hərbi təhdid və düşmənçilik siyasəti demək olar ki, dəyişməyib”, – deyə siyasətçi əlavə edib.

Bundan əlavə, Kim Çen İn oktyabr ayından başlayaraq Cənubi Koreya ilə münasibətlərin bərpa olacağına vurğu edib.

Xatırladaq ki, daha əvvəl ABŞ rəsmi Pxenyanı KXDR-in raket buraxması ilə əlaqədar dialoqa çağırıb.

Son xəbərlər
Oxşar xəbərlər