7 C
Baku
Saturday, March 2, 2024

Ləğv edilən “Naxçıvan Sığorta”nın 30 əməkdaşı işdən azad olunub

Ləğv edilən “Naxçıvan Sığorta” Şirkətinin əməkdaşları işdən azad olunub.

Bu gün ləğv edilən sığorta şirkətinin əməkdaşları dekabrın 8-dən etibarən işdən azad olunublar. Məlumata görə, onlara heç bir iş təklif olunmayıb.

Qeyd edək ki, “Naxçıvan Sığorta” Şirkətinin 30-da çox əməkdaşı var.

Xatırladaq ki, “Naxçıvan Sığorta” şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.

Qeyd edək ki, “Naxçıvan Sığorta” şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər