15 C
Baku
Tuesday, October 15, 2024

Ləğv edilən şirkətin əmlakı səhmdarlar arasında bölüşdürülür

Ləğvetmə prosesində olan “Bakı Yükdaşıma Nəqliyyat” ASC səhmdarlarının 10 sentyabr 2022-ci il saat 10.00 da növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə şirkətin Ləğvetmə komissiyası məlumat yayıb.

Ümumi yığıncağın gündəliyinə bu məsələlər daxil edilib:

  1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.
  2. Cəmiyyətin qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunması.
  3. Qalıq əmlakın səhmdarlar arasında bölüşdürülməsi qaydasının təsdiq edilməsi.
  4. Digər məsələlər.

Səhmdarlar yığıncaqda müzakirə ediləcək sənədlərlə hər həftənin iş günləri, saat 10.00-dan 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər. Yığıncaqda səhmdarların iştirakı vacibdir. Əlaqə telefonu – 070-660-77-46. Ünvan – Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, məhəllə 3095A, 23-cü Daglıq küçəsi.

Son xəbərlər
Digər xəbərlər