12 C
Baku
Sunday, October 27, 2024

Ləğvetmədə olan “Texnikabank”ın törəmə müəssisələri Əmanətlərin Sığortalanması Fondunun nəzarətinə keçib

Lisenziyası ləğv olunmuş “Texnikabank” ASC-nin törəmə müəssisələri bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) nəzarətinə keçib. 

Bu barədə Reporta açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, söhbət “Alfa Sığorta” ASC və “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-dən gedir: “Bu şirkətlərin səhmdarları 100% “Texnikabank” olduğu üçün Fond məhkəmə qərarı ilə həmin müəssisələrin sahibinə çevrilib. Onların rəhbərliyinin formalaşdırılması, illik maliyyə hesabatlarının təsdiq edilməsi səlahiyyəti ləğvedici kimi bizdədir”.

Xatırladaq ki, “Texnikabank”ın lisenziyası bu il, fevralın 1-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə ləğv edilib. Qurum öz qərarını bankın məcmu kapitalın minimum məbləği ilə bağlı tələbə (50 mln. manat)əməl etməməsi, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, reditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməmısi ilə əlaqələndirib.

Bankın ləğvedicisi ilk öncə “M.M.M. Perfekt Konsaltinq” MMC olsa da, sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə bu səlahiyyət ADİF-ə verilib.

Son xəbərlər
Digər xəbərlər