11 C
Baku
Friday, October 25, 2024

Lənkəran icra başçısına yeni müavin təyin edildi

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova yeni müavin təyin edilib.

Banker.az xəbər verir ki, Əliyeva Ülviyə Qalib qızı icra başçısının müavini təyin olunub.

Ülviyyə Əliyeva 1995-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2019-cu il tarixindən Lənkəran Dövlət Universitetinin doktorantıdır. 1993-2006-cı illərdə Lənkəran şəhər 9 nömrəli məktəbdə ixtisası üzrə müəllim, 2007-2010-cu illərdə Şilavar kənd ümumi orta məktəbində direktor, 2011-ci ildə Xüsusi İnternat məktəbində direktor, 2011-2020-ci illərdə Lənkəran Şəhər 7 nömrəli tam orta məktəbdə direktor, 2020-2022-ci illərdə Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran sektoru üzrə müdiri, 2022-ci ildən son təyinatadək isə Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər