27 C
Baku
Saturday, July 27, 2024

Lənkərandan Sankt-Peterburq və Surquta uçuşlar başlayıb

Rusiyanln “UTair” aviaşirkəti iyunun 7-dən Lənkəran – Sankt-Peterburq – Lənkəran və Lənkəran – Surqut – Lənkəran marşrutları üzrə yeni reyslərin icrasına başlayıb.

Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, Lənkəran – Sankt-Peterburq – Lənkəran reysləri hər çərşənbə axşamı Lənkərandan saat 14:40-da, Sankt-Peterbuqrdan isə 19:10-da həyata keçirilir.

Lənkəran – Surqut – Lənkəran reysləri də hər çərşənbə axşamı Lənkərandan saat 01:10-da, Surqutdan isə saat 10:10-da reallaşdırılır.

“UTair” aviaşirkəti iyunun 8-dən Moskva-Bakı marşrutu üzrə uçuşları bərpa edib. Uçuşlar hər gün aşağıdakı qrafik üzrə həyata keçirilir: Moskva-Bakı: uçuş saat 10:30-da, eniş saat 14:30-da; Bakı-Moskva uçuş saat 15:30-da, eniş saat 17:30-da. Uçuş müddəti 3 saatdır.

Hər bir hava limanı üçün yerli vaxt göstərilib.

Son xəbərlər
Digər xəbərlər