18 C
Baku
Sunday, May 12, 2024

Ləğv edilən “Muğan Bank”ın depozitlərinin sığortalanmış məbləği açıqlandı

“Muğan Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Muğan Bank” ASC-nin lisenziyasının ləğvi ilə bağlı press-relizində deyilir.

“Muğan Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216.7 mln. manat təşkil edir.

Bankın özü tərəfindən 2023-cü ilin üçünccü rübünün sonuna 293.04 mln. manat fiziki şəxslərə məxssus depozitlər olub.

Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər