Ləğvetmə prosesində olan “Bakı Yükdaşıma Nəqliyyat” ASC səhmdarlarının 10 sentyabr 2022-ci il saat 10.00 da növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, bu barədə şirkətin Ləğvetmə komissiyası məlumat yayıb.
Ümumi yığıncağın gündəliyinə bu məsələlər daxil edilib:
- Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.
- Cəmiyyətin qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunması.
- Qalıq əmlakın səhmdarlar arasında bölüşdürülməsi qaydasının təsdiq edilməsi.
- Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirə ediləcək sənədlərlə hər həftənin iş günləri, saat 10.00-dan 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər. Yığıncaqda səhmdarların iştirakı vacibdir. Əlaqə telefonu – 070-660-77-46. Ünvan – Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, məhəllə 3095A, 23-cü Daglıq küçəsi.