Bu gün Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.
Report agentliyi xəbər verir ki, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında təşkil olunub.
İclas saat 15:00-da təyin olunsa da, yetərsayın vaxtında olmaması ilə əlaqədar, təxminən, yarım saat gec baş tutub. Komitənin sədri Şahin Əhmədov bildirib ki, “Bank Standard”da 10 min ABŞ dollarına qədər qorunmayan əmanəti olanlar tezliklə pullarını alacaqlar: “Mənə bunu rəsmi dairələrdən bildiriblər”.