1 C
Baku
Saturday, December 14, 2024

Ləğv prosesində olan bankların müştəriləri kreditləri “ASAN ödəniş” vasitəsilə ödəyəcək

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların kredit yığımlarının mərkəzləşdirilmiş qaydada təşkilini, yığımların operativliyini və müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “İnnovasiyalar mərkəzi” MMC-in “ASAN ödəniş” portalına inteqrasiyasını təmin edib.

Fonddan Banker.az-a verilən məlumata görə, ləğv prosesində olan bankların müştərilərinə kredit borclarını “ASAN ödəniş” sistemi vastəsi ilə “ASAN ödəniş” terminallarında nağd formada və asanpay.az portalı vasitəsi ilə nağdsız qaydada odəmə imkanları yaradılıb.

Onlayn ödəmə imkanından yararlanmaq üçün ləğv prosesində olan banklara kredit borcu olan müştərilər www.asanpay.az saytından və ya Fondun rəsmi www.adif.az saytındakı “Kreditlərin online ödənişi” səhifəsinə daxil olmaqla “ASAN ödəniş” sisteminə keçid ala bilərlər.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) www.adif.az internet səhifəsi yeni, müasir tələblərə cavab verən dizaynda istifadə verilib. Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır.

Saytda əmanətlərin sığortalanması sisteminə aid əsas anlayışlar, qüvvədə olan qanunvericilik aktları, ƏSF-nin fəaliyyətinə dair normativ-hüquqi aktlar, Fondun ləğvedici funksiyasını ehtiva edən informasiya və digər məlumatlar yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər