6 C
Baku
Saturday, December 14, 2024

Ləğv prosesində olan “Günay Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) 5 oktyabr 2023-cü il saat 15.00-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75C nömrəli ünvanda “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. “Günay Sığorta” ASC-nin (ləğv prosesindədir) təşkilati strukturu və ştat cədvəli.
2. “Günay Sığorta” ASC-nin (ləğv prosesindədir) büdcəsi.
3. Günay Sığorta” ASC-nin (ləğv prosesindədir) ləğvetmə komissiyasının fəaliyyəti (səlahiyyətlər, iş qaydası və s.).
4. Digər təşkilati məsələlər.

Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75C nömrəli ünvanındakı ofisinə gələrək tanış olmaq mümkündür.

 

Son xəbərlər
Digər xəbərlər