Ağsu rayonunda fəaliyyət göstərən “Ləman” Məhdud Məsuliyyətli Kredit İttifaqı 2022-ci ili 8 091 manat zərərlə başa vurub. 2021-ci ili kredit ittifaqı 5 929 manat zərərlə bağlayıb ki, bu da illik müqayisədə zərərin 36.5% artması deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Ləman” Kredit İttifaqı kreditlər üzrə 38 126 manat faiz gəlirləri əldə edib. Kredit ittifaqının faiz xərcləri 15 383 manat, haqq və komissiya gəlirləri 1040 manat təşkil edib.
2022-ci ilin sonunda İttifaqın cəmi aktivləri 1 milyon 360 min manatdan 1 milyon 387 min manata, o cümlədən kredit portfeli 1 milyon 340 min manatdan 1 milyon 364 min manata çatıb.