15 C
Baku
Friday, April 26, 2024

Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir

Üç min beş yüz nəfərə yaxın tələbə və magistrantın təhsil aldığı Lənkəran Dövlət Universitetində (LDU) 160 yerlik, beşmərtəbəli yeni yataqxana binasının tikintisinə başlanılıb. Bu barədə Banker.az AzərTac-a istinadla xəbər verir.

Yeni bina LDU-nun idarəçiliyinə verilmiş keçmiş peşə məktəbinə məxsus qəzalı binanın yerində tikilir.

Yaşayış sahəsi 1100 kvadratmetr olacaq yataqxana binasında tələbələrin normal istirahəti, asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq. Burada kompüter otaqları, kitabxana, xidmət otaqları fəaliyyət göstərəcək.

Yataqxana binasının 2019-2020-ci tədris ilində tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda LDU-da yalnız qız tələbələr yataqxana binasından istifadə edirlər. 50 nəfərlik qızlar yataqxanası 2016-cı ildə əsaslı şəkildə yenidən təmir olunub və burada tələbələrin yaşayışı, normal istirahəti üçün hər cür şərait yaradılıb, onların dərsə getmələri üçün ayrıca mikroavtobus da ayrılıb.

Hazırda ali təhsil müəssisəsində paralel olaraq iki yeni tədris korpusunun da tikintisi davam etdirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər