Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.
***
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.