6 C
Baku
Sunday, December 15, 2024

“Lənkəran Yol Tikintisi” şirkətinin xalis mənfəəti 43% azalıb

“Lənkəran Yol Tikintisi” ASC 2022-ci ili 144 min 591 manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə ASC-nin mənfəəti 251 min 359 manat olub ki, bu da illik müqayisədə 42.5% azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Lənkəran Yol Tikintisi”nin gəlirləri 2 milyon 801 min manat (əvvəlki ilə nisbətən 5% çox) , xərcləri 2 milyon 656 min manat (əvvəlki ilə nisbətən 10% çox) təşkil edib.

Hesabat dövründə şirkətin cəmi aktivləri 9 milyon 823 min manat, cəmi öhdəlikləri 3 milyon 254 min manat, cəmi kapitalı isə 6 milyon 568 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər