Lənkəranda banka saxta pul təqdim olunması faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, iyulun 13-də “Kapital” bankın Lənkəran rayon filialına gələn Tutapeşdə kənd sakini Zülfiyyə Əliyeva 2 ədəd saxta 50 manatlıq əskinası dəyişdirmək istəyərkən Lənkəran Rayon Mühafizə Şöbəsinin əməkdaşı tərəfindən saxlanılıb.
APA