13 C
Baku
Monday, December 8, 2025

“Labubu” istehsalçısının səhmləri 9% ucuzlaşıb

Məşhur Labubu oyuncağının istehsalçısı “Pop Mart” şirkətinin, səhmləri bazar ertəsi ticarətində 8,7% düşüb. Bu barədə birjanın ticarət məlumatları göstərir.

Şirkətin qiymətli kağızları avqustun sonunda əldə olunan zirvədən 40% aşağıdır. “Bloomberg” agentliyinin məlumatına görə, səhmlərin növbəti kəskin ucuzlaşmasına səbəb ABŞ-də satışların artım templərinin zəifləməsi ilə bağlı investor narahatlığı olub. Xüsusilə, “qara cümə” satışlarının həcmi gözləniləndən az olub.

“ABŞ-də satışların pik nöqtəsinin artıq keçmiş ola biləcəyi faktı Pop Mart şirkətinin artım perspektivlərinə dair bazarın inamını azaldır”, – agentlik “Morningstar” şirkətinin analitiki Ceff Çjanın sözlərini sitat gətirir.

Investorlar narahatdırlar ki, şirkətin satışları artırmağa davam etmək üçün kifayət qədər geniş məhsul kataloqu yoxdur. Bu fonunda bəzi investorlar “Pop Mart” səhmlərinin qiymətinin daha da ucuzlaşacağına oynayırlar. Agentliyin məlumatına görə, “ucuzlaşmaya oyun”da şirkətin sərbəst dövriyyədə olan səhmlərinin təxminən 6%-i iştirak edir. Bu, avqust 2023-dən bəri ən yüksək göstəricidir.

“Labubu” oyuncağını Honkonqdan olan dizayner və yazıçı Lun Cjaşen yaradıb. 2015-ci ildə o, Skandinaviya mifologiyasının güclü təsiri altında “The Monsters” adlı hekayələr seriyasına başlayıb. 2019-cu ildə Lun Cjaşen “Pop Mart” ilə müqavilə imzalayıb və şirkət onun qəhrəmanları əsasında fiqurlar istehsal etməyə başlayıb. “Labubu” 300-dən çox fərqli rəng, forma və ölçü variantında buraxılır. 2024-cü ildə “The Monsters” “Pop Mart” şirkətinin ən populyar seriyası olub.

Son xəbərlər
Digər xəbərlər