Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təkliflərini nəzərə alaraq Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sərəncam imzalayıb.
Bildirilir ki, Xarici İşlər Nazirliyi Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərilsin.
Azərbaycan, Laçın rayonu ərazisində inşa olunan beynəlxalq hava limanı. Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulub.