24 C
Baku
Saturday, July 20, 2024

Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda su təsərrüfatı kompleksinin bərpasına ₼ 6 milyon xərclənəcək

Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Promor” MMC və “SU Pek Proje ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə 6 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Promor” MMC ilə bağlanmış müqavilədə Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1.909.948 manatdır.

Türkiyə şirkətinin filialı ilə bağlanmış müqavilədə Qubadlı rayonunun işğaldan azad olunmuş meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması; Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması nəzərdə tutulur. 1-ci müqavilənin məbləği 1.690.201 manat, 2-ci müqavilənin məbləği isə 2.047.890 manatdır.

Son xəbərlər
Digər xəbərlər