Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 3 şirkətlə 23 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Konsept Holding” MMC, “Helind Enerji” MMC və “VS Enerji Servis” ММC-dir.
“Konsept Holding” MMC ilə bağlanmış müqavilədə Laçın rayonunun Zabux yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri nəzərdə tutulur. Müqavilənin dəyəri isə 16.915.883,27 AZN-dir.
“Helind Enerji” MMC ilə olan müqavilə Laçın rayonunun Zabux yaşayış məntəqəsində evlərin və sosial obyektlərin alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz edilməsidir. Bu müqavilənin məbləği 2.111.401,61 AZN təşkil edir.
“VS Enerji Servis” ММC ilə bağlanmış müqavilə Laçın rayonunun Zabux yaşayış məntəqəsinin sahədaxili elektrik təchizatından ibarətdir. Müqavilənin dəyəri isə 4.160.932,49 AZN-dir.