10 C
Baku
Thursday, December 12, 2024

Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılır, Bəylik kəndinə 91 ailə köçürüləcək

2024-cü ilin ikinci yarısı, 2025-ci ilin əvvəlində Laçının Bəylik kəndinin tikilib istifadəyə verilməsi və oraya 91 ailənin köçürülməsi nəzərdə tutulub.

Bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

O qeyd edib ki, Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlamaq planlaşdırılır:

“Bu günə qədər Laçın şəhərinə 2 003 nəfər köçürülüb və bundan sonra da paralel olaraq hər ay 20 ailənin köçürülməsi nəzərdə tutulub. Zabux kəndinə 2023-cü il ərzində 789 nəfər köçürülüb, Sus kəndinə isə bu ilin may-iyun aylarında 59 ailə köçürülüb. Bundan sonra biz Laçın şəhərinin bərpasının ikinci fazasına başlamağı planlaşdırırıq. Layihədə olan evlərin və binaların layları tam ekspertizadan çıxacaq, sonra biz təmir-tikinti işlərinə başlayacağıq”.

Xüsusi nümayəndə rayonun Qorçu qəsəbəsinin inşasından da söz açıb: “Qorçu Laçın rayonundakı ən böyük qəsəbədir və orada hava limanı tikilir. Qorçu kəndinin layihəsi üzərindəki işləri bu il tamamlanır və onun yanında Qorçu qəsəbəsinin tikintisinə başlayacağıq. Yəqin ki, 2025-2026-cı illərdə qəsəbədə tikinti işləri yekunlaşacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər