İstismarda olduğu dörd il ərzində “Laçın” tankeri vasitəsilə 329 725,136 ton neft və neft məhsulları daşınıb.
Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) məlumatında bildirilir.
Məlumata görə, ilk milli tankerimiz “Laçın” 13 dekabr 2019-cu ildə istifadəyə verilib.
Qeyd edək ki, tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Gəminin uzunluğu 141, eni 16,9 metrdir.