Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Heydəroğlu Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Laçın rayonunun 581 ailəlik (birinci mərhələdə -150 ailəlik) Güləbird kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.501.081,34 AZN təşkil edir.