10 C
Baku
Saturday, December 21, 2024

Laçında 80 milyon kilovat saatdan çox “yaşıl enerji” istehsal olunub

“Yaşıl enerji” strategiyasına uyğun olaraq Laçın rayonunda 11 yerdə su elektrik stansiyaları yaradılıb və bu stansiyaların yaradılması davam etdirilir.

Bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O, qeyd edib ki, nəticədə 80 milyon kilovat saatdan artıq “yaşıl enerji” istehsal olunub: “20 milyon kubmetrdən çox təbii qaza qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasınınn qarşısı alınıb”.

T.İslamov bildirib ki, COP29 planına uyğun olaraq bərpa-tikinti prosesində ətraf mühitin mühafizəsi məsələsinə diqqət yetirilir, alternativ enerji mənbələrinin istifadəsinə böyük önəm verilir: “Bu, evlərin damlarının üzərində quraşdırılmış günəş panellərində, şəhərdaxili işqlandırmanı təmin edən hibrid-solar lampaların istifadəsində öz əksini tapır. Ümumilikdə Laçın şəhərində 24 fərdi evdə enerji təchizatının sabitliyini təmin etmək üçün günəş panelləri quraşdırılıb, 9 fərdi ev isə günəş kollektoruna qoşulub. Zabux və Sus kəndlərində bütün yaşayış evləri, iki məktəb və inzibati binalar günəş panelləri ilə təchiz olunub”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər