Böyük Qayıdışın ilk ünvanlarından olan Laçında istehsal müəssisələri inşa edilib.
Banker.az xəbər verir ki, bunlardan biri də, yuyucu tozu istehsalı müəssisəsidir.
Belə ki, müəssisə gün içində 10 tonluq məhsulu istehsal etmə gücünə malikdir.
Müəssisənin gələcəkdə, ay ərzində 250-300 min manatlıq istehsal gücü olacağı planlaşdırılır.
Qeyd edək ki, artıq Laçın sakinləri də burada işlə təmin olunublar.
Daha ətraflı AzTV-nin süjetində: