7 C
Baku
Thursday, December 12, 2024

Laçında Qırğızıstandan gətirilmiş 100 baş yak yerləşdirilib

Pilot layihə çərçivəsində Azərbaycana Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.

Banker.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Yaklar ölkəyə gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında müvafiq ərazilər seçilməsi üçün monitorinqlər keçirilib. Yaklar hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslərdə Bakıya gətirildikdən sonra irihəcmli yük maşınları ilə gətirilərək Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib.

Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. Hazırda heyvanların yerli şəraitə adaptasiyası prosesi davam edir.

Açıq ərazilərdə bəslənəcək yaklar mütəxəssis nəzarətində saxlanır. Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb.

Qeyd edək ki, yak heyvan növünun əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır. Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir.

Məlumat üçün bildirək ki, 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9%-dir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.

Son xəbərlər
Digər xəbərlər