Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Laçın rayonunun Bəylik yaşayış məntəqəsində birinci mərhələdə klub – icma mərkəzinin, ticarət və market binalarının tikintisi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 704 785 manatdır.