27 C
Baku
Sunday, July 21, 2024

Laçında yaxın zamanda “ASAN Xidmət” və DOST Mərkəzi fəaliyyətə başlayacaq

Laçında yaxın zamanda “ASAN Xidmət” və DOST Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Bu sözləri Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, yuxarıda adları qeyd olunan qurumların əməkdaşlarının və onların ailə üzvlərinin Laçın ərazisində yaşayışının təmin olunması üzrə bir sıra tədbirlər görülüb:

“Laçında yaxın zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı, Operativ və Sosial Təminat Agentliyinin və “ASAN Xidmət” Mərkəzinin fəaliyyətə başlayacağını da diqqətinizə çatdırmaq istəyirəm. Bu məqsədlə növbəti mərhələdə tikinti prosesinin sürətləndirilməsi nəzərdə tutulur. İşğaldan azad olunan ərazilərin sakinlərinin köçürülməsi prosesinin əvvəlcədən nəzərdə tutulduğu kimi 2026-cı ilə qədər müəyyənləşdirilən prioritetlərə uyğun şəkildə icrası nəzərdə tutulur”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər