3 C
Baku
Monday, January 13, 2025

Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və İnteqris MMC ilə məbləği 1.8 milyon manat olan 2 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə Laçın rayonunda Kürdhacı kənd yaşayış məntəqəsinin 1-ci mərhələ üzrə layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 907.790 manatdır.

2-ci müqavilədə Laçın rayonunda Ərikli kənd yaşayış məntəqəsinin 1-ci mərhələ üzrə layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 910 370 manatdır.

Son xəbərlər
Digər xəbərlər