“Azərişıq” ASC “Şans Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Laçın rayonu Zabux və Sus kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 772 258.66 AZN təşkil edir.