22 C
Baku
Monday, October 7, 2024

“Lake Palace” hotelindəki restoran və “Amor” şadlıq sarayında nöqsanlar aşkarlandı

2 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət müəssisələri
1 Ağayev Qabil Ağa oğluna məxsus mağaza İsmayıllı şəhəri, Cavanşir küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2 “Orxan” market İsmayıllı şəhəri, Cavanşir küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3 “Hilal” aptek İsmayıllı şəhəri, Cavanşir küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 Rəsulov Mənsur Məmməd oğluna məxsus mağaza Zaqatala rayonu, F.Əmirov küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
5 “Lake Palace” hotelində restoran Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 63A 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
6 “28 Lounge” kafesi Nəsimi rayonu, 28 May küçəsi, ev 13 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
7 “Tüstü” pub Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 40 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
8 “Premyer Lounge” kafesi Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 42 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
9 “Amor” şadlıq sarayı Binəqədi rayonu, S.S.Axundov küçəsi,

ev 14C

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10 “Orxan” kafesi Quba şəhəri, H.Əliyev prospekti 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
11 “Le Farn” restoranı Gəncə şəhəri, Ə.Cəmil küçəsi 181 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Son xəbərlər
Digər xəbərlər