27 C
Baku
Wednesday, April 24, 2024

Lambda School – proqramlaşdırma məktəbi. Təhsil haqqını yalnız işə düzələndən sonra ödəyin

Məzunun əmək haqqı ildə 50.000 ABŞ dolları keçdiyi halda, startup iki il ərzində onun gəlirinin 17% -ni özünə götürür.

Yaxşı təhsil – maliyyə baxımından ən yaxşı sərmayədir. Geek Universitetində təhsil haqqı təxminən 3 000 AZN təşkil edir, əldə etdiyiniz yeni bilik və bacarıqlara görə maaş artımı isə təxminən 750 AZN təşkil edəcək.  

Unutmayın ki, pis təhsil sadəcə vaxt, güc və maliyyə itkisidir.

Amerikanın Lambda School startup-ı sizə unikal bir təklif təqdim edir. O, 30 həftəlik onlayn proqramlaşdırma kursunu və ya 60 həftəlik axşam saatlarında ala biləcəyiniz dərsləri satır. Lambda School sizə kursu başa vurandan sonra, işə düzəlmək imkanını vəd edir.

Məzunun əmək haqqı ildə 50.000 ABŞ dolları keçdiyi halda, startup iki il ərzində onun gəlirinin 17% -ni özünə götürür. İş tapa bilmədiyiniz təqdirdə heç bir ödəniş etməli deyilsiniz.

Statistikaya görə, kursu uğurla başa vurmuş məzunun orta gəlir səviyyəsi 70 min dollar təşkil edir. Kursun dəyəri isə 24 min dollardır. Düzdür, onlayn rejimdə fəaliyyət göstərən bir kurs üçün, bu, olduqca yüksək bir rəqəmdir. Kursun mənfi cəhətləri sırasına, dərs saatlarının sayını aid etmək olar (1500 saat).

Son raundda startup 30 milyon dollar sərmayə cəlb etmişdir. Xatırladaq ki, kursun qiymətləndirilməsi 120 milyon dollar təşkil edir. Yeni peşələrin əlavə edilməsi planlaşdırılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər