14 C
Baku
Thursday, November 21, 2024

Lamborghini-nin maraqlı yaranma tarixçəsi

Çox az adam bilir ki, Lamborghini kimi məşhur super idman avtomobillərinin yaranma tarixçəsi traktor istehsal edən zavoddan başlayıb. Onun yaradıcı isə Ferruçço Lamborgini adlı bir fermer olub. Bu zavod Ferruççoya yaxşı gəlir gətirirdi və o öz əbədi arzusu olan Ferrari avtomobilini ala bilmişdi.

Lakin ilk təəssüratlar elə də yaxşı deyildi. Belə ki, onun əldə etdiyi Ferrari 250 GT avtomobilinin qarmaq hissəsində nasazlıqlar yaranırdı və onu tez-tez təmir etmək lazım gəlirdi. Xoşbəxtlikdən bu detalla Lamborgini traktorlarının detalları üst-üstə düşürdü və o öz Ferrarisini öz zavodunda təmir edə bilirdi.

Avtomobilin quruluşunu bütünlüklə öyrənən Ferruçço bir neçə məsləhət vermək üçün Enço Ferrarinin yanına getdi. Lakin Enço Ferrari çox əsəbləşdi və onu bu sözlərlə təhqir etdi: “Sən adi fermersən və bahalı maşınlar haqqında heç nə bilmirsən. Əgər xoşuna gəlmirsə, daha yaxşısını düzəlt!” Mexanika dahisi və italyan xarakterli Ferruçço Lamborgini üçün bu cavab açıq təhdid idi. Öz biznesi sayəsində milyon lir pul yığaraq o V12 mühərrikli şəxsi avtomobilini yaratdı. Daha sonralar Ferruçço Sant’Agata şəhərciyində öz avtomatlaşdırılmış zavodunu yaratdı və Ferrarinin bir neçə təcrübəli mühəndisini öz işinə cəlb etdi. Tezliklə, 1963-cü ildə əfsanəvi Lamborghini 350GT avtomobili yaradıldı və bu avtomobil öz sürətini saatda 150 milə qədər artıra bilirdi.

Son xəbərlər
Digər xəbərlər