28 C
Baku
Sunday, June 26, 2022

Lamborghini yeni hiperkarını xüsusi seçilmiş müştərilərinə təqdim edib

Lamborghini şirkəti xüsusi olaraq seçilmiş müştərilərinə məhdud sayda buraxılacaq hiperkarı nümayiş etdirib. Zavod daxili LB48H indeksini daşıyan hiperkarın hibrid güc qurğusuna malik olduğu bildirilir. Adının çəkilməsini istəməyən mənbə hiperkarın istehsalının gələn il başlayacağını bildirib.

Həmin mənbə avtomobilin Terzo Millennio prototipinə bənzədiyini də söyləyib. Xatırladaq ki, Terzo Millennio konsepti Massaçuset texnoloji universiteti ilə birlikdə hazırlanıbdır. Cəmi 67 ədəd LB48H hiperkarı buraxılacaq və oların hər birinin qiyməti 2,5 milyon dollar təşkil edəcəkdir. Hiperkarların ilk nüsxələri müştərilərə gələn ilin ikinci yarısında çatdırılacaqdır. Yeni hiperkarın Nyu-York və ya Tokyoda təqdim ediləcəyi də ehtimal olunur.

Hiperkarın hibrid qurğusuna gəldikdə isə, bir müddət bundan öncə Lamborghini şirkətinin tədqiqatlar və inkişaf üzrə direktoru Maurisio Reciani qurğunun ənənəvi V12 mühərrikinin əsasında yaradılacağını, elektromotorun isə əlavə güc artımını təmin edəcəyini söyləmişdir. Hibrid qurğunun hazırki bir muftalı “robotun” təkmilləşdirilmiş variantı ilə tandemdə çalışacağı da istisna olunmur.

Son xəbərlər
Oxşar xəbərlər