13 C
Baku
Friday, November 22, 2024

LANDAU School-un rəhbəri “PASHA Holding”ə transfer olub

Landau Məktəbi və ya “LANDAU School” kimi tanınan təhsil müəssəsinin baş icraçı direktoru ölkənin iri holdinqinə transfer olub.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Riad Salayev “PASHA Holding” MMC-də Transformasiya direktoru təyin edilib.

Transformasiya direktoru-  12 qeyri-maliyyə şirkəti (məsələn, daşınmaz əmlak, pərakəndə satış, tikinti, kənd təsərrüfatı) üzrə biznes və idarəetmə transformasiyasını həyata keçirmək üçün holdinqin baş direktoru və icraçı direktorları ilə işləyən şəxsdir.

R.Salayev 2021-ci ilin iyulunda LANDAU School-un baş icraçı direktoru təyin edilmişdi. Avqust ayından etibarən isə qeyd edilən yeni vəzifəsinin icrasına başlayacaq.

O, həmçinin Çikaqoda yerləşən “Adore Inc” və “McKinsey & Company” şirkətində çalışıb.

Son xəbərlər
Digər xəbərlər