9 C
Baku
Saturday, November 30, 2024

Landmark Baku oteli satışa çıxarıldı

Yaxın Şərqin ən böyük daşınmaz əmlak şirkətlərindən biri şəhərimizin mərkəzində yerləşən və məşhur otellərdən biri olan Landmark Baku otelinin satışı prosesi ilə məşğul olacaq. Hazırda bu Basar Group şirkəti Nyu-Yorkdan Bakıya qədər daşınmaz əmlak müqavilələri ilə bağlı geniş seçim təqdim edir.

Verilən məlumata görə, şirkət öz müştərilərinə (əsasən bunlar Yaxın Şərq biznesmenləridir) Bakıda yerləşən 5 ulduzlu oteli 115 otaqları ilə birgə təqdim edir. Otel kompleksinə özündə 135 milyon dollara iki “A” sinifli ofis binası daxildir. Bu binaların hər biri ayrılıqda da satıla bilər. Lakin verilən məlumatda 135 milyon dolların hər 3 binanın, yaxud tək bir binanın qiyməti olduğu dəqiq deyilmir.  Kompleksin ümumi ərazisi isə 61 000 kvadrat metrə bərabərdir.

Qeyd edək ki, bu kompleks əldə edən müştəri tərəfindən otellər şəbəkəsi, ofis binaları və s. məqsədlərlə istifadə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər