5 C
Baku
Saturday, December 14, 2024

Laqaraddan dünyanı rahatladan proqnoz

Konkret addımlar atılmayacağı təqdirdə, BVF rəsmisi iqtisadi böhranı istisna etməyib

Beynəlxalq Valyuta Fondunun (BVF) başçısı Kristin Laqard BBC-nin “HARDTalk” verlişinə qonaq olub. “Corc Vaşinqton” Universitetinin akt zalında açıq auditoriya qarşısında aparılan sual-cavabda, maliyyəçi xanım dünya iqtisadiyyatının problemləri ilə bağlı maraq doğuran məqamlara toxunub.  Qlobal iqtisadi resessiya ilə bağlı narahatlıqlarını ifadə edən Laqard böhran təhlükəsinin olduğunu desə də, həyəcan təbilinin hələ çalınmadığını bildirib.

Laqard problemlərə baxmayaraq qlobal iqtisadiyyatın dirçəlməkdə olduğunu, bəzi nəzərəçarpan irəliləyişlərin olduğunu vurğulayıb. Maliyyəçi xanım 2016-cı il üçün 3.2 faiz, 2017-ci il üçün isə 3.5 faizlik qlobal iqtisadi artımın proqnozlaşdırıldığını bir daha ictimaiyyətin diqqətinə çatdırıb. Bununla belə Laqard, iqtisadi inkişaf tempinin əvvəlki illərə nisbətən xeyli zəif olduğunu bildirib.

“Bəli biz iqtisadi proqnozlarımızı əvvəlki illərə nisbətdə aşağı salmışıq. Gördüyümüz odur ki, iqtisadi artım çox ləng və kənar təsirlərə çox həssas olub. Sual yarana bilər, nəylə müqayisədə? İqtisadi inkişaf dünyada 200 milyona yaxın iş axtaran insanın tələbatını ödəmək, yaşayış standardlarını yaxşılaşdırmaq, dünyada yoxsulluqda əziyyət çəkən ölkələrdə yoxsulluğu aradan qaldırmaq baxımından olduqca zəif və olduqca  həssasdır.”

Kristin Laqard siyasi liderlərin konkret addımlar atmayacağı təqdirdə, 2008-ci il iqtisadi böhranının təkrarlanacağının mümkün olduğunu bildirib.

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər