Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard, tənzimləyicinin faiz dərəcələrini azaltma qərarının müzakirə edildiyi Frankfurtda keçirilən mətbuat konfransında bildirib ki, “Bitcoin” ECB-nin tərkibində olan heç bir mərkəzi bankın ehtiyatlarına daxil edilməyəcək.
“Əminəm ki, Bitcoin şuraya daxil olan heç bir mərkəzi bankın ehtiyatlarına daxil edilməyəcək”, – Kristin Laqard söyləyib. O qeyd edib ki, kriptovalyuta çirkli pulların yuyulması və digər qeyri-qanuni fəaliyyətlərlə bağlı olaraq qalır.
2024-cü ilin oktyabrında ECB mütəxəssisləri “Bitcoin”i “cəmiyyətin yoxsullaşması və parçalanmasının” səbəbi adlandırdıqları bir məqalə dərc ediblər. Onlar “Bitcoin”ə sərmayə qoymayanları ona qarşı çıxış etməyə və tamamilə yox olmasına səbəb olacaq qanunlar tələb etməyə çağırıblar.
Bir il əvvəl, 2024-cü ilin fevralında ECB nümayəndələri “Bitcoin”in qlobal mərkəzləşdirilməmiş rəqəmsal valyutaya çevrilmə gözləntilərini doğrulda bilmədiklərini və hələ də praktiki olaraq qanuni olaraq istifadə edilmədiyini bildiriblər. Məqalə ABŞ-də ilk “Bitcoin” ETF-lərin istifadəyə verilməsindən qısa müddət sonra dərc edilib.