13 C
Baku
Friday, November 22, 2024

Laqard: “İnflyasiya təzyiqləri müvəqqətidir”

Avropa Mərkəzi Bankının (ECB) Prezidenti Kristin Laqard (Christine Lagarde) bildirib ki, yüksək inflyasiya drayverləri ortamüddətli dövrdə azalacaq.

ECB-nin rəsmisi qeyd edib ki, buna baxmayaraq, faiz dərəcələri 2021-ci ilin sonuna qədər artmağa davam edəcək. O, pul siyasətini vaxtından əvvəl sərtləşdirməməsini dəstəkləyərək əlavə edib ki, hədəf ilk növbədə, Avrozonadakı inflyasiyanı davamlı əsasda 2% səviyyəsinə endirməkdir.

Yekunda ECB Prezidenti vurğulayıb ki, tələbat bərpa olunandan sonra inflyasiya gözləntiləri pandemiyadan əvvəlki dövrlə müqayisədə daha nikbin olacaq: “İnflyasiya təzyiqləri müvəqqətidir, onların orta müddət ərzində yox olacağını gözləyirik”.

Qeyd edək ki, oktyabr ayında enerji qiymətlərinin artması səbəbindən Avrozonada illik inflyasiya 4,1%-dək sürətlənib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər