19 C
Baku
Monday, May 20, 2024

Larri Ellisonun biznes prinsipləri

Oracle şirkətinin sahibindən biznes prinsipləri

1. Risk etmirsənsə, deməli yaşamırsan.

2. Məni dəli adlandıranda, özümü həmişə yaxşı hiss edirəm. Mənim üçün bu o deməkdir ki, biz başqalarından fərqlənən nə isə yeni bir şey etmişik. 

3. Fikirləşirəm ki, ən effektiv insanları uğur əldə etmək istəyindən daha çox uğursuzluq qorxusu motivasiya edir.

4. Hər dəfə hiss edəndə ki, qabaqda məni uğursuzluq gözləyir, onda mən mühərrik kimi işləməyə başlayıram.

5. Hamı tərəfindən qəbul edilmiş yanaşmaları şübhə altına salmağa meyllilik, ekspertlərə skeptik yanaşma, avtoritetlər qarşısında titrəməmək – mənim əsas fərqləndirici xüsusiyyətlərimdir.

6. Yaxşı təhsil biznesdə bir üstünlükdür, lakin uğurun təminatı deyil.

7.  Bizim şirkətdə mövcud olmuş qaydaya görə həftədə heç olmasa üç dəfə bizimlə nahar edə bilmə imkanı olmayan insanları işə götürmürdük.

8.  Biz öz məhsullarımızı rəqiblərin məhsulları ilə müqayisə edirik. Yalan danışmırıq, sadəcə olaraq onların edə bilmədiklərini etdiyimizi deyirik.

9. Yadıma sala biləcəyim ən böyük qorxunu məktəbdən evə qayıdanda evdə anamı görmədikdə yaşamışdım.

10 . Mənim üçün ailə birincidir, ikinci isə Oracle-dakı işimdir.

11.  Naməlum ekspertləri həyat yolunu göstərən ekzistensional mayaklara çevirmək ideyasına heç vaxt rəğbətlə yanaşmamışam.

12. Mən həmişə atdığım addımları iki nöqteyi-nəzərdən təhlil etməyə çalışıram: onlar nə qədər əxlaqi və ədalətlidir, eləcə də nə qədər işə yararlıdırlar.

13.  Insanların mənə haqsız olduğumu sübut etməsindən xoşum gəlir. Bu ki çox gözəldir! Mən haqsız olmaq istəmirəm. Buna görə də məni səhv etməyə qoymadıqları üçün minnətdaram.

14. Oracle-ın əsasını qoyarkən sadəcə olaraq məmnuniyyətlə işləyə biləcəyim mühit yaratmaq əsas istəyim olub.

15.  Mən həmişə üsyankar olmuşam.

16.  Mən müştərinin istəkləri haqqında fikirləşmirəm. Bunu onların özündən soruşmağa üstünlük verirəm.

17. Güclü qorxu – çox dəhşətli bir şeydir. Lakin ipin üzərində gəzərkən yaranan qorxu və təşviş hissindən həzz alıram.

18.  Kompüter sənayesi yeganə sahədir ki, qadın moda sferasından daha çox dəbə meyllidir.

19.  Mən qələbə qazanmağa həvəsliyəm. Qalibiyyətlərin sayı artdıqca, daha çox qazanmaq istəyirəm.

20. Bizim məhsullar qorxunc ola bilər, lakin onlar digər məhsulları ötüb keçdiyi müddətdə qələbə bizimdir.

21.  Əgər yenidən həyata gəlsəydim, özümü kompüterləşməyə deyil, genetika mühəndisliyinə həsr edərdim.

22.  Əgər sən №1 olmaq iqtidarında deyilsənsə, onda sənin bu biznesdə bir işin yoxdur.

23.  Biz sürətli və asta artım deyil, “ölüm və ya olum” arasında seçim edirik.

24.  Mən həmişə biznes haqqında fikirləşirəm. Lakin bunun haqqında həmişə danışmalı olduğumu hesab etmirəm.

25. Sadəcə olaraq qalib gəlmək mənə bəs etmir. Ətrafdakı hamı viran olmalıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər