20 C
Baku
Tuesday, May 28, 2024

Larri Peycin biznes fəlsəfəsi

Dünyaca məşhur axtarış sistemi olan Google-un tarixi uzaq 1996-cı ildə, Stendord Universitetinin  iki məzununun Larri Peyc (Larry Page) və Sergey Brininin (Sergey Brin) vahid rəqəmsal kitabxana üzrə elmi layihənin təməlini qoyması ilə başlayır.

Zaman ötdükcə bu layihə böyüyərək iri miqyaslı axtarış sisteminə çevrilir. Bu gün Google şirkətinin kapitallaşması 190 milyard dollar təşkil edir. Google-un yaradıcılarından biri olan Larri Forbesin tərtib etdiyi “Dünyanın ən varlı insanları”nın 2012-ci il reytinqində 20,3 milyard dollar ilə 24-cü yeri tutur. 

Bəs Larri Peyc yeni başlayan iş adamlarına nə tövsiyə edir?

•    Biz ,Google-u yaradarkən uğursuzluq ilə üzləşmək ehtimalını da nəzərə alırdıq. Biz işsiz və ya ac qalacağımızdan qorxmurduq. Biz həddindən artıq yeni bir nəyinsə yaradılması prosesində uğursuzluq ilə üzləşməkdən qorxurduq. Vacib bir şey yaratmaq üçün ilk növbədə öz qorxunu dəf etmək lazımdır. Əslində əksər yeni başlayan iş adamları heç nə ilə risk etmir, amma onlara yenə də elə gəlir ki, risk var.

•    İnsanlara həmişə gözlədiyindən daha çox verin.

•    Kostyum geyinmədən də ciddi olmaq mümkündür.

•    İş –sizə həzz yaşadacaq və zövq bəxş edən bir sınaq mərhələsi olmalıdır.

•    Demək olar ki, hər bir inqilabi ideyanın müəllifi nə vaxtsa ona dəli deyildiyini eşitməyə məcbur olub.

•    Əgər bir hər şeyi yalnız pul xətrinə etmiş olsaydıq, onda çoxdan kompaniyanı satıb, özümüzü plyaja vermişdik.

•    Böyük nüfuzu olan insanlara diqqət yetirin. Onlar heç də məhdud ixtisaslı təhsilə malik deyil. Dəmək olar ki, onların hamısının mükəmməl ümumi təhsili vardır.

•    Biz həmişə etdiklərimizin məsuliyyətini daşıyır və hərəkətimizə görə özümüzə hesab veririk. Bizim uğurumuzun sirri də bunda gizlənir. Əgər siz İT sahəsində fəaliyyət göstərən digər kompaniyalara fikir versəniz, görərsiniz ki, əksər hallarda onlar nəsə anons verir və daha sonra məhsulun vəd edilən tələblərə cavab vermədiyi üzə çıxır.

•    Bizim şirkətdə həmişə yaxşı menecerlərə ehtiyacımız var, amma qoy onların sayı az olsun, nəinki həddindən çox.

•    Bizim əsas məqsədimiz şəbəkənin istifadəçilərinin elə ehtiyaclarını ödəməkdir ki, əvvəllər heç kəs bu haqda düşünməyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər