31 C
Baku
Sunday, June 16, 2024

Las Veqas haqqında 25 fakt

  • Sizi məşhur Las Veqas şəhəri boyu ekskursiyaya dəvət edirik.
  • Las-Veqasda 1701 kazino, 194.180 oyun avtomatı vardır.
  • Hər il Las Veqası 37.500.000 insan ziyarət edir, onlardan hər biri şəhərdə orta hesabla 500-600 dollar vəsait xərcləyir.
  • Las Veqasda bir sot torpağın dəyəri 250.000 dollardır.
  • Las Veqas şəhərinin əhalisinin 82%-i özünü imanlı və mömin insan hiss edir (maraqlıdır ki, onlar nəyə inanır?)
  • ABŞ-ın 20 ən nəhəng mehmanxanasının 17-si məhz Las Veqas şəhərində yerləşir.
  • Las Veqas şəhərinin yerləşdiyi Nevada ştatı 1931-ci ildə kazino tikintisinə və istismarına icazə alan ilk ştat olmuşdur. İlk əvvəl bu addımın əsas məqsədi dövlət ümumtəhsil məktəblərinin tikintisi üçün lazımı olan büdcə vəsaitini toplamaq idi.
  • Las-Veqasda hər üç cinayət hadisəsindən biri kazino heyətinin işçisinin iştirakı ilə baş verir, buna görə də mühafizə xidməti işçilərin hərəkətlərini də, müştərilərdə olduğu kimi gözdən qoymur və onları daima müşahidə edirlər.
  • Palms Hardwood Suite mehmanxanasının nömrəsində siz rahatca basketbol oyana bilərsiniz, çünki bir nömrənin içərisində basketbol meydançası, geyinib-soyunma otağı və xalların hesablanması üçün lövhə də vardır.
  • Elə həmin oteldə boulinq oynamaq imkanı verən, xüsusi avadanlıqlar ilə təchiz olunmuş digər iri nömrələr də vardır.
  • Məşhur Beladcio fontanları, “Ouşenin 11 dostu” adlı məşhur trilogiyanın 2-ci hissəsində göstərilən fəvvarələrdə içməli su axır, bu su qolf meydançalarını sulamaq məqsədi ilə yerin dərin qatlarından çıxardılır. Çıxarılan suların əsas hissəsi məhz meydançadakı otun becərilməsinə sərf olunur, yalnız cüzi bir hissə isə fəvvarənin fəaliyyyəti üçün ayrılır.
  • Həqiqi Beladcio fontanları filmdə olduğundan fərqli görünür. Nümayiş üçün hövuzun bir hissəsini qurudub və orada, onun yerində piyada yolu salıblar. Əks halda fontanın yanında toplaşmalı olan filmin personajları yolun hərəkət hissəsində dayanmalı olacaqdır.
  • Bu məşhur fəvvarələr haqqında daha bir neçə kəlmə:

– Gölün fəvvar’ ilə birlikdə ümumi sahəsi – 3,5 hektar

– 1200 su şırnağı

– 4500 işıq

– Fəvvarənin dəyəri: 50.000.000 dollar

  • Beladcio kazinosunun mühafizə sistemi 78 videokamera və daxili telefon şəbəkəsindən ibarətdir. Amma söhbət hələ ki, sadəcə dayanacaqdan gedir. Məkanın əsas hissələrində isə uzaqdan idarə etmə pultu ilə işləyən 1650 kamera vardır, müşahidə personalına ayrılmış xidməti otaqların sahəsi isə 1 hektardan çoxdur.
  • Nevada Gaming Control təşkilatının özünün “Axtarışda olanlar” haqqında tərtib olunmuş qara siyahısı vardır. Bu siyahı FTB prinsipi əsasında tərtib olunub.
  • Veqasda avtomobildən çıxmadan da evlənmək olar, necə ki, Makdonaldsa yemək şifariş etmək mümkündür. Bu cəmi 15 dəqiqə vaxt alacaq və sizə cəmi 40 dollara başa gələcək. Ekspress- toy şahidi qismində isə Elvis və ya digər məşhur dünya ulduzları çıxış edə bilər.
  • Məhz bu səbəbdəndir ki, Amerikadakı nikah mərasimlərinin 5-%-i Las Veqasda bağlanır, bu da ildə 114.000 evlilik anlamına gəlir. Eyni bir şəhərdə bağlanan nikahların sayına görə birinci yerdə isə İstanbul şəhəri dayanır (ildə 1666 0000).
  • Kifayət qədər mümkündür ki, Las Veqas zaman ötdükcə oyun və kazino sahəsindəki birinciliyini Honkonqun yaxınlığında yerləşən, xüsusi iqtisadi zona hesab olunan Makay avtonom şəhərinə verəcək. Makay 2008-ci ildə oyun biznesindəki mənfəətin miqdarına görə Las Veqası geridə qoymuşdur (13 milyard avro 10 milyarda qarşı). Bundan əlavə Makaydan 5 saatlıq məsafə radiusunda 2.200.000.000 insan yaşayır, bu isə Las Veqasdakı analoji göstəricidən 5 dəfə daha çoxdur.
Son xəbərlər
 ⁠
Digər xəbərlər