Latviya hökuməti 10 nəfər Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub
Bunu Latviya xarici işlər naziri Edqars Rinkeviçs deyib.
Nazir belə bir qərarın verilməsini Rusiyalı müxalifətçi Vladimir Kara-Murzanın 25 il azadlıqdan məhrum edilməsi ilə əsaslandırıb.
Edqars Rinkeviçs Kara-Murzenin barəsində çıxarılan məhkəmə hökmü ilə əlaqədar olaraq, Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə çağırış edib.
Qeyd edək ki, Vladimir Kara-Murza barəsində dövlətə xəyanət ittihamı irəli sürülüb, Rusiya ordusu və ölkə rəhbərliyi barədə yalan məlumat yaymaqda təqsirli bilinib.