Müasir Latviyanın bank sistemi 1989-1992-ci illərdə yaranmışdır. Həmin vaxtlarda ölkə ərazisində 60-a yaxın maliyyə kredit təşkilatı formalaşmağa başladı. Lakin 1993-1996-ci illərdəki bank böhranı ərzində onlardan bir çoxu iflasa uğradı, onların ümumi sayı isə 35-ə qədər düşdü.
Tədricən Respublikanın bank sistemi iki səviyyəli xarakter almağa başladı: bank sisteminin ilkin pilləsini Latviya Bankı, ikinci səviyyəsini isə kommersiya bank strukturları təşkil edir. Latviya Bankı bu sxemdə başlıca rol oynayır: o maliyyə siyasətini idarə etməli, milli pul vahidinin stabilliyini təmin etməli, eləcə də digər bankların fəaliyyətinə nəzarət etməlidir.
Xidmətin keyfiyyətliliyi müştəriləri cəlb edir
Latviyada bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya xüsusi orqan tərəfindən verilir. Bu orqan iqtisadiyyatın maliyyə sektorunda tənzimləyici funksiyanı yerinə yetirən Maliyyə və Kapital üzrə Komissiyadır.
Son vaxtlar Latviya bank sistemi çeviklik və stabilliyi ilə seçilir. Bu nailiyyət kommersiya strukturlarının fəaliyyətinin demokratik metodlar əsasında idarə edildiyi liberal qanunvericilik bazası vasitəsi ilə əldə olunmuşdu. Buna görə də Latviya bankları qeyri-rezident müştərilər üçün çox cəlbedici olur və çox vaxt beynəlxalq bank əməliyyatlarında iştirak edirlər.
Olduqca cavan bank sisteminin fərqli xüsusiyyəti xidmət sferasında yüksək texnologiyaların tətbiqi və uyğun olaraq yüksək xidmət səviyyəsi ilə bağlıdır. Latviya bank sisteminin müştəriləri həm də İnternet vasitəsilə ilə həyata keçirilə bilən bir çox xidmətlər çoxluğundan yararlana bilərlər.
Qeyd etmək lazımdır ki, İnternet-banking sferasında Latviya sürətli, ucuz və rahat xidmətlər təklif edərək öz qonşularından çox irəlidədir.
Sistem əmanətlərin qaytarılmasına zəmanət verir
Aİ-a daxil olan vaxtlarda ölkənin bank sistemi bank müştərinin maraqlarını daha yaxşı qorumaq üçün maliyyə qanunvericiliyinin şəffaflığının artırılması istiqamətində bir çox dəyişikliklərə məruz qaldı. Məsələn, indi bank yalnız o halda lisenziya ala bilər ki, onun ilkin kapitalı beş mln avroluq səviyyədən aşağı olmasın.
Latviya eləcə də, Avropa Parlamentinin direktivlərinə də qulaq asdı və indi əmanətlərin zəmanəti sistemi Avropa tələblərinə cavab verir. Ölkədə Əmanətlərin Zəmanət Fondunun fəaliyyətini tənzimləyən “Əmanətlərin zəmanəti qanunu” qüvvədədir. Bununla da əgər bank müştərilərin əmanətini geri qaytara bilməsə, onda fond bu öhdəliyi öz üzərinə götürür və zəmanət sisteminə uyğun olaraq ödənişləri həyata keçirir. Belə proses
Respublikanın bütün kommersiya banklarının fondun yaradılmasında iştirak etməsi sayəsində mümkün olmuşdur.
Yüksək texnologiyaların tətbiqi davam edir
Hazırda Latviyada 30-a yaxın kommersiya bankı fəaliyyət göstərir. Onlardan ən böyüyü Parex Bank-dır, ikinci yerdə Latvijas Unibanka, üçüncü yerdə isə Rigas Commerzbank gəlir. Bir çox banklar SWIFT elektron ödəniş sisteminə qoşulub. Ona görə də Latviya bank sistemi təkmilləşməyə davam edir və inkişaf tendensiyaları yalnız müsbət istiqamətlidir.