3 C
Baku
Tuesday, February 27, 2024

Latviya bankı nəqliyyat kartı ilə bank kartını birləşdirir

Citadele kommersiya bankı plastik kartdan elektron nəqliyyat sənədi kimi (e-talon) istifadə etməyə imkan verən kart yaratmaq qərarına gəlib. Tezliklə adi plastik kart vasitəsilə Latviya paytaxtında ictimai nəqliyyatda ödəniş etmək mümkün olacaq.

Citadele bankı Baltika ölkələri sırasında bu təklifi irəli sürən ilk bank oldu. Bu bank tərəfindən emissiya edilən kartlarda kart sahibinin hesabına bağlı elektron gediş haqqı yaradılacaq. Bu da o deməkdir ki, kartı hər dəfə yükləmək lazım gəlməyəcək.

Kart artıq 1 iyuldan etibarən buraxılmışdır. Gediş haqqı isə burada 0.59 – 1.15 avro arasında dəyişir.

Son xəbərlər
Digər xəbərlər